Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Anım Günü ərəfəsində şəhid ailələri və qazilər ziyarət olunub

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr – Anım Günü ərəfəsində Xocalı rayonunda şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı növbəti dəfə öz əksini tapıb.



    Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi hər zaman ehtiramla yad edilir. Respublikamızda şəhid ailələrinə göstərilən dövlət qayğısı Xocalı rayonunda da davamlı olaraq hiss olunur.



    Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirilir, onların sosial vəziyyəti və qayğıları ilə yaxından maraqlanılır.



    26 sentyabr 2026-cı il tarixdə Anım Günü ilə əlaqədar rayon icra hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin, həmçinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsul şəxsləri, idarə, müəssisələrin əməkdaşları tərəfindən bir qrup şəhid və qazi ailəsi ziyarət olunub. Ziyarətlər Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Börü qəsəbələrində, eləcə də Bakı, Ağcabədi, Bərdə və Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış ailələri əhatə edib.



    Görüşlərdə Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev çıxış edərək bildiriblər ki, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri zamanı xocalılı gənclər böyük qəhrəmanlıq nümayiş etdiriblər. Onların şücaəti Azərbaycanın şanlı zəfər tarixində xüsusi yer tutur.



    Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, qazilərimizin qəhrəmanlığı yüksək qiymətləndirilir və onların göstərdiyi igidlik gələcək nəsillər üçün örnəkdir.



    Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi10 saat öncə
    İzlənib7 dəfə
    27 sentyabr anim gunu erefesinde xocali rayon icra hakimiyyetinin numayendeleri goranboy baki agcabedi berde ve gencede meskunlasmis sehid ve qazi ailelerini ziyaret ederek onlarin qaygilari ile
    Maraqlı gələ bilər
    141
    187