Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ANIM GÜNÜ İLƏ BAĞLI ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLİB

0

  • Ölkəmizin bütün bölgələrində olduğu kimi, 27 Sentyabr – Anım Günü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də tədbir keçirilib.

    Xocalininsesi.az xəbər verir ki, keçirilən anım mərasimində Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Mərasim iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsi ziyarət olunub. Abidələr önünə tər güllər düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini bildirdi ki, Lamiyə Qarayeva Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda haqq savaşımız hər bir azərbaycanlının şərəf günü və qürur mənbəyidir. İgid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya xalqımızın gücünü və qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana çevrildi.

    Sonra Vətən müharibəsi şəhidi Mustafazadə Ceyhunun atası, I Qarabağ müharibəsi veteranı Şükür Ədilov çıxışında qeyd etdi ki, Ceyhun bütün şəhidlərimiz kimi şərəfli döyüş yolu keçib. Əsgərlik borcunu yerinə yetirdiyi vaxtda Günnüt əməliyyatında iştiak edib. Müddətdən artıq həqiqi hərbi xidmətə yazılan Ceyhun Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq Sərəncamları ilə Mustafazadə Ceyhun Şükür oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şükür Ədilov fikirlərinə lavə etdi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və qanı hesablarına illərdir həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməklə bizim başımızı uca etdilər. İndi onların şəhid olduğu torpaqlarda Şanlı Azərbaycan Bayrağı dalğalanır.

    Daha sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Aqil Quliyev 44 günlük müharibədə xalqımızın həmrəyliyindən, ordumuzun qüdrətindən və Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən açaraq 27 Sentyabr tarixinin Böyük Zəfər tarixinin başlanğıcı kimi yaddaşımızda qaldığını vurğuladı.

    II Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Kamil Əmir oğlunun bacısı Zərifə Məmmədova çıxışında qeyd etdi ki, şəhidlərimizin qanı-canı bahasına torpaqlarımızı düşmən tapdağından azad etdik və üstümüzdən köçkün sözü götürüldü. Bu gün başıuca olduğumuz üçün şəhidlərimizə, qazilərimizə minnətdarıq. Qardaşım, cəmi 33 il yaşasa da, qısa ömrünü çox dəyərlər sığdırdı. İnstitutu fərqlənmə diploma ilə bitirdikdən sonar təyinatla Çelyabinskdə işə götürüldü. 1988-ci ildə Qarabağdakı məlum hadisələr zamanı o tutduğu böyük vəzifədən imtina edərək Xocalıya qayıtdı. Doğma yurdun müdafiəsi uğrunda sonadək döyüşdü. Şəhidlərimiz canını fəda etdi ki, bu gün biz fəxrlə danışaq, üzümüz ağ yaşayaq. Şəhidlərimiz az yaşasa da, əbədiyyətə qovuşdular. Xalqımız qəlbində əbədi yaşayacaqlar.

    Yekun olaraq çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, Vətən uğrunda canlarını qurban verən qəhrəmanlardan söhbət açdı. Bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tarix yazdı. 19 sentyabr 2023-cü il tarixdə isə ordumuz lokal xarakterli antiterror əməliyyatları keçirdi və suverenliyimiz tam bərpa olundu.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib150 dəfə
    anim gÜnÜ tƏdbİrİ

    Maraqlı gələ bilər
    90
    27