Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Azərbaycan bayrağı – xalqın ruhunu, mübarizəsini və qələbəsini yaşadan simvol”

0

  • Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü – xalqımızın milli dəyərlərinə, tarixi ənənələrinə və dövlət müstəqilliyinə olan dərin sevgisini ifadə edən bir gündür. 9 noyabr tarixində biz yalnız bir simvolu deyil, bütöv bir millətin ruhunu, mübarizəsini və qürurunu anırıq.

    Üçrəngli bayrağımızın hər rəngi özündə dərin mənalar daşıyır: mavi rəng türk mənşəyimizi, qırmızı müasir dünyaya inteqrasiyanı və inkişafı, yaşıl isə mənəvi dəyərlərimizi və islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bu rənglərin birləşməsi Azərbaycan xalqının çoxəsrlik tarixi və mədəniyyətinin bədii təcəssümüdür.

    Azərbaycanın bu günkü uğurları, beynəlxalq aləmdə qazandığı mövqe də həmin bayrağın əzəməti ilə sıx bağlıdır. Bayrağımızın Şuşada, Laçında, Xankəndidə, Cəbrayılda dalğalanması xalqımızın birliyinin, əzminin və qələbəsinin rəmzidir. Bu bayraq altında şəhidlərimiz qan tökdülər, bu bayraq uğrunda minlərlə qəhrəman canından keçdi.

    Prezident İlham Əliyevin 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis etməsi həm tarixə hörmətin, həm də gələcəyə yönəlik milli ruhun qorunmasının göstəricisidir. Bu gün Azərbaycan xalqı bir daha fəxrlə bildirir ki, üçrəngli bayraq daim ucalarda dalğalanacaq. Çünki o, xalqımızın müstəqilliyinin, qələbəsinin və əbədi azadlığının simvoludur.
    Xocalı rayon gənci Anar Əliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 həft. öncə
    İzlənib27 dəfə
    “Azərbaycan bayrağı xalqın ruhunu mübarizəsini qələbəsini yaşadan simvol”

    Maraqlı gələ bilər
    105
    122
    86