Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni mərhələ.

0

  • 2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının nüfuzlu CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycan-Çin strateji tərəfdaşlığı, ikitərəfli siyasi və iqtisadi əlaqələrin dinamikası, həmçinin qlobal və regional çağırışlara qarşı birgə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

    Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, ölkəmizin Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrildiyini qeyd edib. O, həmçinin Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin təşviqi və nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi sahələrində atılan addımlar haqqında məlumat verib.

    Müsahibədə Prezident, Azərbaycanın dayanıqlı inkişaf strategiyasına toxunaraq, ölkənin enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və yaşıl enerji sahələrində əldə etdiyi uğurları Çin ictimaiyyəti ilə bölüşüb. İlham Əliyev, Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan müstəqil siyasət yürütdüyünü və qlobal sülhə, sabitliyə töhfə verməyə davam etdiyini xüsusi vurğulayıb.

    Çin və Azərbaycan xalqlarının tarixi dostluq münasibətlərinə də toxunan dövlət başçısı, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu bildirib. Prezident İlham Əliyev, qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan bu münasibətlərin gələcək illərdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

    Müsahibə, Azərbaycan-Çin münasibətlərinin güclənməsinə və beynəlxalq arenada qarşılıqlı dəstəyin daha da möhkəmlənməsinə xidmət edən əhəmiyyətli bir hadisə kimi qiymətləndirilir.

    Xocalı rayon gənci Ziya Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 gün öncə
    İzlənib27 dəfə
    Azərbaycan Çin əlaqələrinin inkişafında yeni mərhələ.

    Maraqlı gələ bilər
    42
    55