Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Enerji Təhlükəsizliyinin Qlobal Tərəfdaşıdır.

0

  • Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən beynəlxalq tədbirlərin rəsmi açılışında etdiyi çıxışla bir daha Azərbaycanın enerji sektorundakı lider mövqeyini təsdiqlədi. “Caspian Oil and Gas”, “Caspian Power” və “Baku Energy Forum” kimi beynəlxalq platformalar ölkənin enerji siyasətinin uğurla icra olunduğunu nümayiş etdirdi.

    Ölkə başçısı çıxışında qeyd etdi ki, ötən 30 il ərzində Azərbaycan enerji sahəsində mühüm nailiyyətlər əldə edib. Xüsusilə “Əsrin müqaviləsi”nin imzalanması ilə neft sənayesində başlanılan transformasiya prosesi bu gün də uğurla davam edir. Azərbaycanın enerji resursları dünya bazarlarına sabit və təhlükəsiz şəkildə çatdırılır.

    Bununla yanaşı, Azərbaycan enerji sahəsində beynəlxalq əməkdaşlıq baxımından etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev ölkənin enerji diplomatiyasının əsas hədəfinin regional əməkdaşlığı möhkəmləndirmək və enerji təhlükəsizliyini təmin etmək olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr təkcə iqtisadi deyil, həm də siyasi sabitliyə töhfə verir.

    Eyni zamanda, dövlət başçısı Azərbaycanın yaxın gələcəkdə bərpaolunan enerji sahəsində də lider ölkələrdən birinə çevriləcəyini qeyd etdi. Artıq yaşıl enerji istiqamətində konkret layihələrə start verilib və bu sahəyə böyük sərmayə cəlb olunub.
    Vətən müharibəsi iştirakçısı Orxan Məmmədov.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib18 dəfə
    Azərbaycan Enerji Təhlükəsizliyinin Qlobal Tərəfdaşıdır.

    Maraqlı gələ bilər
    88
    77