Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanda qadın hüquqlarının inkişafı və gender bərabərliyi siyasəti.

0

  • Azərbaycanda qadın hüquqlarının inkişafı və gender bərabərliyi siyasəti.

    Azərbaycan qadınlarının hüquqlarının qorunması və cəmiyyət həyatında fəal iştirakının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə mühüm tarixə malik olan Azərbaycan, qadın hüquqları sahəsində bir çox ölkələrdən daha əvvəl mühüm addımlar atmışdır.

    1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilmişdir. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm bir dönüş nöqtəsi olmuşdur. Beləliklə, Azərbaycan qadınları dünyanın bir çox inkişaf etmiş ölkələrindən əvvəl siyasi hüquqlara sahib olmuş və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar.

    Müstəqillik dövründə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm hüquqi baza formalaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların bərabər hüquqlara malik olduğunu təsbit edir və cinsindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin edir.

    1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu sənəd qadınların siyasi, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması və gender bərabərliyinin təmin olunması istiqamətində beynəlxalq öhdəlikləri müəyyənləşdirir.

    2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi ölkədə gender bərabərliyinin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Bu qanunlar qadınların hüquqlarının qorunması, cinsi ayrı-seçkiliyin aradan qaldırılması və cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına mühüm töhfə vermişdir.

    Bununla yanaşı, “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların ictimai fəallığının artırılması, məşğulluq imkanlarının genişləndirilməsi, təhsil və rəqəmsal savadlılığının artırılması kimi mühüm istiqamətləri əhatə edir.

    Xocalı Rayon gənci Şəhriyar Quliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi14 saat öncə
    İzlənib17 dəfə
    Azərbaycanda qadın hüquqlarının inkişafı gender bərabərliyi siyasəti.

    Maraqlı gələ bilər
    163
    134
    133