Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Beynəlxalq yarışların mükafatçısı Talib Zeynalov FHN-də vəzifəyə təyin edildi

5/5

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Xocalı əsilli idmançı Talib Zeynalov Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarında yeni vəzifəyə təyin olunub.



    Faktxeber.az xəbər verir ki, para-pauerliftinq üzrə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edən Zeynalov Talib Ramin oğlu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Mülki Müdafiə Qoşunlarında xidmət rəisinin mülki köməkçisi vəzifəsinə təyin olunub.



    2004-cü il avqustun 23-də Bakı şəhərinin Binəqədi rayonunda anadan olan Talib Zeynalov əslən Xocalı rayonundandır. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsidir.



    Talib Zeynalov idman karyerası ərzində bir sıra beynəlxalq uğurlara imza atıb. O, gənclər arasında keçirilən açıq Avropa çempionatında dörd qızıl medal qazanıb, Avropa rekordları müəyyənləşdirib. Dünya Kubokunda iki qızıl medala sahib olan idmançı Dubayda keçirilən dünya çempionatında da uğurla çıxış edərək iki gümüş medal qazanıb və gənclər arasında Avropa rekordunu yeniləyib.



    İdman sahəsində qazandığı uğurlarla diqqət çəkən Talib Zeynalovun FHN-də yeni vəzifəyə təyin olunması onun həyatında növbəti mərhələdir.



    Gənc idmançıya yeni fəaliyyətində uğurlar arzulayırıq.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi20 saat öncə
    İzlənib13 dəfə
    talib zeynalov talib zeynalov fhn talib zeynalov yeni vezife kemaleddin heyderov fovqelade hallar nazirliyi fhn mulki mudafie qosunlari xocali esilli idmanci para pauerliftinq azerbaycan idman
    Maraqlı gələ bilər
    227
    166