Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Erməni hərbi cinayətkarların törətdiyi Xocalı soyqırımından 33 il ötür

0

  • Xocalı soyqırımının 33-cü il dönümü Xocalı sakinlərinin kompakt məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də anılıb. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, şəhid ailə üzvləri, qazilər əvvəlcə qəsəbə ərazisində ucalan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər. Faciə qurbanlarının anım tədbiri Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən Xocalı rayon mədəniyyət evində davam etdirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər natiqlər 33 il öncə baş verən faciənin heç zaman unudulmayacağını bildiriblər. Onlar qarlı şaxtalı fevral gecəsində dinc sakinlərə, uşaq, qoca demədən hər kəsə dəhşət yaşadan ermənilərin törətdikləri vəhşiliklərdən ürək ağrısı ilə danışıblar. O da bildirilib ki, artıq şəhidlərin ruhu şaddır, artıq Xocalı azaddır, Xocalı öz doğma sakinlərini qarşılıyır. Anım tədbirində müəllifi Mübariz Əsgərov olan Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli film nümayiş etdirilib. Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Filmdə həmin şəxslərin ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib237 dəfə
    erməni hərbi cinayətkarların törətdiyi xocalı soyqırımından 33 il ötür

    Maraqlı gələ bilər
    73
    136
    71