19:52
1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) 16.06.2025-ci il tarixində saat 14:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
xocalininsesi.az-ın məlumatına görə, üz nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
-----------
15:51
Gəncə sakini yanıq xəsarətləri alıb.
xocalininsesi.az modern.az-a istinadən xəbər verir ki, şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Mənbə: https://news.milli.az/country/1282790.html