Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imkanl çatanlar qurban kəsəcək. Qurban kəsməyin bir sıra şərtləri var.
xocalininsesi.az xəbər verir ki, ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, qurbanlıq qoç, keçidən, camışdan, eyni zamanda dəvədən kəsilir. Ölkəmizdə dəvə kəsilmir, camış isə tərcih olunmur. Ən çox qurban seçilən heyvan qoç və danalar olur. Şəriət dananın yaşının 2, qoçun isə yaşının 1 olmasını tələb edir. Zəif, xəstə, buynuzu qırıq heyvanlara üstünlük verilməsi düzgün deyil. Onlardan qurban olmaz. İlk öncə Bismillah deyib, 3 dəfə Allahu Əkbər, qurbanımızın üzü qibləyə yönəlmiş halda incitmədən bıçağımız itiləmiş şəkildə qurbanımızı kəsirik.
İlahiyyatçı bildirib ki, qurban kəsmək üçün namazı gözləmək şərtdir. Yəni, bayram günü bayram namazı qılınır. Əgər qurban namazdan öncə kəsilərsə, bu qurbanlıq sayılmır:
"Bəzən insanlar şərikli qurban kəsirlər. Şərikli qurban kiçik buynuzlu heyvanların üzərində olmaz. Şərikli qurban yalnız böyük heyvanlarda, iri buynuzlu heyvanların üzərində gerçəkləşir. Şərikli qurbanda 7 nəfərə qədər adam bir araya gələ bilər".
Mənbə: https://news.milli.az/society/1281516.html