Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ballıca kənd məktəbində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Xocalı rayonunun ümumtəhsil məktəblərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.



    Belə tədbirlərdən biri Xocalı rayonunun Ballıca kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub. Tədbir Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının tədbirlər planına uyğun olaraq keçirilib.



    Tədbirdə məktəb rəhbərliyi, şəhid ailələri, qazilər və veteran döyüşçülər iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



    Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından danışılıb. Bildirilib ki, onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq.



    44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əldə olunmasında şəhid və qazilərin böyük xidmətlərinin olduğu vurğulanıb.



    Tədbirdə məktəbin direktoru Cəmilə Əhmədova, direktor müavini A. Əliyev, eləcə də şəhid ailələrinin nümayəndələri çıxış edərək 27 Sentyabr – Anım Gününün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.



    Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi, onların Vətən qarşısındakı fədakarlıqlarının gələcək nəsillərə nümunə olduğu qeyd edilib.



    Tədbir şəhidlərin xatirəsinə ehtiram ifadə edən fikirlərlə yekunlaşıb.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi2 saat öncə
    İzlənib3 dəfə
    Ballıca kənd məktəbində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
    Maraqlı gələ bilər
    208