13.08.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində müvəqqəti məskunlaşan Şuşa rayon Şırlan kənd sakini Abbasov Əbülqasım Bahadur oğlunun fərdi təsərrüfatı üçün yığdığı 4000-ə yaxın ot bağlamasından ibarət tayada yanğın hadisəsi baş verib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülsə də, ot bağlamaları tamamilə məhv olub.