Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Hərbi xidmətini başa vuran gənc Ballıcaya qayıtdı- FOTO

0

  • Xocalı rayonunun Ballıca kənd sakini Hümbətov İsmayıl Kənan oğlu müddətli hərbi xidmətini başa vurduqdan sonra öz doğma torpağa Xocalı rayonunun Ballıca kəndinə qayıdıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən verilən xəbərə görə, İsmayıl Hümbətov məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılıb. İ. Hümbətov Laçın rayonunda yerləşən Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsində xidmət edib. Ali təhsilli gənc bir illik hərbi xidmətini uğurla başa vurub, kiçik çavuş rütbəsi alıb. O, hərbi xidmət keçdiyi dövrdə ailəsi doğma kəndlərinə Xocalı rayonunun Ballıca kəndinə köc edib. Hərbi xidmətini başa vuran İsmayıl Hümbətov da bu gün birbaşa doğma yurda dönüb. Özünü ata-baba yurdunda daha da güclü sayan gənc bildirib ki, onun üçün uzun illərin torpaq həsrəti bu gün bu torpağa ayaq basdığı gün bitdi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib263 dəfə
    hərbi xidmətini başa vuran gənc ballıcaya qayıtdı foto

    Maraqlı gələ bilər
    78