Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
27 Sentyabr – Şəhidlərimizin xatirəsini yaşadan gün

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan bir gündür. 2020-ci ilin məhz bu günündə başlayan Vətən müharibəsi xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyan tarixi mübarizənin başlanğıcı oldu. Azərbaycan Ordusu düşmənin hərbi təxribatlarına cavab olaraq əks-hücuma keçdi və 44 gün davam edən döyüşlər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi.



    Bu müharibə bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayıb. Uzun illər doğma yurdlarından ayrı düşən insanlar bir gün həmin torpaqlara qayıdacaqlarına inanırdılar. 2020-ci ilin payızında bu inam gerçəyə çevrildi. Ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq göstərərək Vətən uğrunda döyüşdülər. Şuşanın və digər şəhər, kənd və qəsəbələrimizin azad olunması xalqımıza böyük sevinc və qürur yaşatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı.



    Bu Qələbənin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin böyük şücaəti dayanır. Vətən uğrunda canından keçən hər bir şəhid bizim üçün əzizdir. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Bu gün azad torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması onların Vətənə olan sonsuz sevgisinin və fədakarlığının nəticəsidir.



    Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Həmin gün saat 12:00-da şəhidlərimizin əziz xatirəsi ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilir.



    Anım Günü təkcə kədər günü deyil. Bu gün həm də xalqımızın birliyini, Vətən sevgisini və qəhrəman övladlarımızın bizə qoyduğu mənəvi mirası xatırladır. Şəhid ailələrinə hörmət göstərmək, qazilərimizin yanında olmaq və onların keçdiyi döyüş yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.



    Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, insanların öz doğma yurdlarına qayıtması şəhidlərimizin uğrunda mübarizə apardıqları amalın yaşadığını göstərir. Azad edilmiş torpaqlarda yenidən həyat qurulur, şəhər və kəndlər bərpa olunur.



    İllər keçəcək, yeni nəsillər yetişəcək, amma 27 Sentyabr və Vətən uğrunda canından keçən qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Onların adları xalqımızın yaddaşında daim yaşayacaq. Bizə Qələbə sevincini yaşadan bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik.



    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 saat öncə
    27 Sentyabr – Şəhidlərimizin xatirəsini yaşadan gün
    Maraqlı gələ bilər
    634