Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.
xocalininsesi.az xəbər verir ki, bu barədə "Caliber" erməni KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki,Teğ (Dig - red.) icmasının sakinləri - Karen Armenoviç Canqiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.
Mənbə: https://news.milli.az/country/1281652.html