0
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı diqqətimi çəkən əsas məsələlərdən biri iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi oldu. Prezident İlham Əliyevin mətbuata bəyanatında bu sahəyə xüsusi yer ayırması gələcək əməkdaşlıq üçün geniş imkanların olduğunu göstərir.
Bu gün Azərbaycan yalnız öz regionunda deyil, dünyanın müxtəlif ölkələri ilə iqtisadi münasibətlərini inkişaf etdirməyə çalışan dövlətdir. Kamboca ilə ticarət dövriyyəsinin hələ aşağı səviyyədə olması isə bu istiqamətdə görüləcək işlərin çox olduğunu göstərir. Sevindirici haldır ki, mövcud imkanların araşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə işçi qrupu yaradılıb.
Düşünürəm ki, ölkələrimiz arasında keçirilən biznes forumları sahibkarların bir-birini tanıması, yeni tərəfdaşlar tapması və qarşılıqlı sərmayə qoyuluşu üçün yaxşı fürsətdir. Sənaye, turizm və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi gələcəkdə yeni iş imkanlarının yaranmasına da kömək edə bilər.
Ən əsası, belə görüşlər təkcə dövlətlər arasında deyil, xalqlar arasında da əlaqələri möhkəmləndirir. İnanıram ki, Azərbaycan və Kamboca arasında iqtisadi münasibətlərin genişlənməsi hər iki ölkənin inkişafına öz töhfəsini verəcək.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 15 saat öncə |
| İzlənib | 25 dəfə |