Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qalib liderlə görüşümü heç vaxt yaddan çıxarmayacam

0

  • Mən çox xoşbəxt adamam ki, 32 ildən sonra Xocalıda Prezidentimizlə birgə gəlib görəcəm. İlk dəfə idi ki, Xocalı soyqırımı Xocalı torpağında qeyd edirik. Bu çox ağır olsa da, azad xocalımız bizə təsəlli idi. Tarixi zəfərimizdən sonra biz bu soyqırımı fərqli qeyd edirdik. Dağılmış evlərimizi, o körpələrin qanı axıdılmış küçələri görmək nə qədər bizi kövrəltsə də Prezidentimiz bu torpaqda məğrur, məğrur addımlaması qürurverici idi. Mən bu qalib liderlə görüşümüzü heç vaxt xatirimdən çıxarmayacam. Bu böyük şəxsiyyətlə canlı təmas qurmaq böyük məsuliyyət tələb edir. Mənim bu görüşdə təəssüratlarım çox güclüdür. Heç təsəvvür etməzdim ki, belə cavan insan bu qədər gücə, bu qədər təfəkkürə malikdir. Məni ən çox təəccübləndirən. Prezidentimizin həddən artıq sadə, duyğusal, səmimi olmasıdır. Bu sadə xalqla o qədər səmimi ortam yaratdı ki, hamı öz fikirlərini çəkinmədən söyləyə bildi, fotolar çəkdirdi. Vaxtının çoxunu işğaldan azad olunmuş torpaqlara həsr etməsi onun gözəl Qarabağa vurğunluğunu və sevgisini göstərir. Belə lideri olan xalq çox xoşbəxtdir. Onunla görüşdə ən çox məni məftun edən onun səmimiliyi idi. Sizi Allah qorusun, bizim əbədi Prezidentimiz. Var olun qalib Sərkərdəmiz.
    Xalidə Əmiraslanova, əməkdar müəllim
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib205 dəfə
    Qalib liderlə görüşümü heç vaxt yaddan çıxarmayacam

    Maraqlı gələ bilər
    34
    25