Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkarlandı

0

  • Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın Natənzdə yerləşən nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar olunduğunu açıqlayıb.
    BMT-nin iclasında çıxış edən Qrossi bildirib ki, aşkarlanmış çirklənmə radiasiya müdafiəsi tədbirləri ilə nəzarətdə saxlanılır. Onun sözlərinə görə, AEBA vəziyyəti yaxından izləyir və obyektlərin təhlükəsizliyinin qorunması məqsədilə İrana ekspert heyəti göndərməyə hazırdır.
    "Nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır. AEBA olaraq biz bu obyektlərin tam qorunmasını təmin etmək və onların yalnız sülh məqsədləri ilə istifadəsini davam etdirmək niyyətindəyik", - deyə Qrossi vurğulayıb.
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/world/1282519.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDünya
    Kateqoriyaİran
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 gün öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    142
    73
    70