Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcərə Həyat Qayıtdı

0



  • 2025-ci ilin 21 avqust günü Kəlbəcər üçün unudulmaz tarix oldu. O gün Prezident İlham Əliyev Kəlbəcərə səfər etdi və illərlə həsrətini çəkdiyimiz torpaqlara doğmalarımızı yenidən qovuşdurdu. Bizim üçün bu sadəcə bir dövlət tədbiri deyildi, bu gün həm də hər bir kəlbəcərlinin qəlbinə işıq, ümid və sevinc gətirdi.

    Prezidentin sözləri bizi çox təsirləndirdi: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik.” Bu cümlə hər birimizin illərlə qəlbində gəzdirdiyi arzu idi. Biz ata-babalarımızın yurduna yenidən sahib çıxmağın qürurunu yaşadıq. Evimizin açarını alanda sanki illərin həsrəti göz yaşına çevrildi.

    Kəlbəcər indi dirçəlişin, yeni həyatın başlanğıc nöqtəsinə çevrilib. Prezidentin təməlini qoyduğu yeni yaşayış kompleksləri, məktəb, park – bütün bunlar bizə gələcəyə olan inamı daha da artırdı. Artıq Kəlbəcərdə uşaqlar güləcək, məktəb yollarında addımlayacaq, parklarda ailələr gəzəcək. Bu mənzərəni görmək hər kəlbəcərlinin ən böyük arzusu idi.

    Bizim üçün bu gün həm də bir sübut oldu: dövlətin gücü, xalqın birliyi varsa, heç bir həsrət əbədi deyil. İndi hər kəsin dilində eyni söz var – “Kəlbəcərə həyat qayıtdı!

    Xocalı rayon ziyalısı leyli Yusifova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib18 dəfə
    Kəlbəcərə Həyat Qayıtdı

    Maraqlı gələ bilər
    73
    96
    135