Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi

0

  • Aprelin 18-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbdə tədbir keçirildi.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun müdiri Rizvan Ələsgərov, Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Çiçək Quliyeva, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
    Görüşdə çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs etdilər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışdılar.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib63 dəfə
    “konstitusiya suverenlik İli”

    Maraqlı gələ bilər