Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Məişət zorakılığına qarşı mübarizə üsulları” mövzusunda rayon ictimaiyyəti ilə maarifləndirici görüş keçirildi.

0

  • 26 dekabr 2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Yanında Məişət Zorakılığı üzrə monitorinq qrupunun təşkilatçılığı rayonun idarə və təşkilatlarında çalışan qadınların, evdar xanımların, xüsusi risk qrupuna daxil olan şəxslərin iştirakı ilə Xocalı rayon Mədəniyyət evində “Məişət zorakılığına qarşı mübarizə üsulları” mövzusunda rayon ictimaiyyəti ilə maarifləndirici görüş keçirildi. Görüşdə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məişət Zorakılığı üzrə monitorinq qrupunun rəhbəri Lamiyyə Qarayeva, Xocalı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Aqil Məmmədov, Rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova və Xocalı rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik qrupunun polis sahə rəisi Zahid Məmmədli çıxış edərək Məişət zorakılığının cəmiyyətimiz və dövlətimiz üçün olduqca qlobal bir problem olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, bugün məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığı qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Eyni zamanda məişət zorakılığı ilə bağlı Məlumat Bankının təşkili və aparılması qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Həmçiin bildirilmişdir ki, sözügedən problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı qanunvericilik sahəsində islahatların və təşəbbüslərin əhəmiyyəti vacib məsələdir. Tədbirin sonunda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və “ Qadın” adlı qısametrajlı film nümayiş olunmuşdur.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib176 dəfə
    “məişət zorakılığına qarşı mübarizə üsulları” mövzusunda rayon ictimaiyyəti ilə maarifləndirici görüş keçirildi.

    Maraqlı gələ bilər
    79
    50
    56