Son mövsümü icarə əsasında "Qalatasaray"da keçirən "Napoli"nin hücumçusu Viktor Osimhenin yeni klubu müəyyənləşib.
xocalininsesi.az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Nigeriyalı ulduz forvard "Əl-Hilal"a keçməyə razılaşıb. 26 yaşlı futbolçu əvvəllər Səudiyyə Ərəbistanı klubundan imtina etsə də, yeni cəlbedici təklifi qəbul edib. Nigeriyalı ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə əsasən, o, "Əl-Hilal"da ildə təxminən 35 milyon avro qazanacaq. "Napoli" isə forvardın satışından təxminən 70 milyon avro qazanacaq.
Viktor Osimhen ötən mövsüm Türkiyə nəhənginin heyətində 41 matça çıxaraq 37 qol vurub.
Mənbə: https://news.milli.az/sport/1281750.html