Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı oldu

0

  • Xocalı Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovun müəllifi olduqları “Qərbi Azərbaycan İrsi”: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində təqdimat mərasimi keçirilib.
    Əvvəlcə iştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
    Sonra Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.
    Təqdimat mərasimi torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycanın Dövlət Himni səsləndirildi.
    Daha sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.
    Təqdimatda Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. Bu gün “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” bu istiqamətdə strateji yol xəritəmizdir. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu gün təqdim olunan “Qərbi Azərbaycan İrsi” kitabı da bu konsepsiyanın mühüm bir tərkib hissəsidir – tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbədir. Çıxışın sonunda Xocalı Rayon İcra Hakmiyyətinin başçısı kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə səmimi təşəkkürünü bildirib.
    Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli çıxışında yaradıcı heyətin ərsəyə gətirdiyi kitabın beş cilddə olacağını qeyd etdi. Birinci üç kitab Qərbi Azərbaycan ərazisindəki, qəbistanlıqlara, dördüncü cild məscidlərə, beşinci cild isə ərazidəki maddi-mədəni irs nümunələrinə həsr olunub.
    Birinci cildin əhatə etdiyi ərazidə 201 qəbiristanlıq haqqında müqayisəli, həm peyk, həm də topoqrafiq xəritələrdən istifadə edilməklə və konkret faktlara söykənməklə təhlil edilib. İcma sədri qeyd edib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 201 qəbiristanlıqdan bu gün 46-sının tamamilə yer üzündən silindiyi məlum olub, 153-nün isə dağıdıldığını, hazırda cəmi bir əraizdəiki qəbiristanlığın salamat qaldığını bildirib.
    Mirfaiq Mirheydərli qeyd edib ki, məhv edilən qəbiristanlığın yerində ya asfalt salınıb, ya həyatyanı ərazi kimi paylaşılıb, hətta bəzilərinin yerində kilsə inşa edilib.
    Bizim hər birimiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu əsas fikri – “Biz Qərbi Azərbaycana qayıdacağıq” fikrinin reallığa çevrilməsi üçün hər birimiz öz fəaliyyətimizlə bu fikirin gerçəkləşməsinə öz töhfəmizi verməliyik.
    Təqdimat mərasimində çıxış edən Yəni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bu cür məzmunlu kitabların çapının Qərbi Azərbaycanın gələcək nəslə təbliğ edilməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 gün öncə
    İzlənib101 dəfə
    qərbi azərbaycan İrsi” kitabının i cildinin təqdimat mərasimi olub

    Maraqlı gələ bilər
    57
    77
    83
    83