25 oktyabr Azərbaycan tarixində qürurla xatırlanan gündür – bu, Qubadlının işğaldan azad olunduğu gündür. 2020-ci ilin həmin günü Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıya üçrəngli bayrağımızı sancdı. Bu qələbə Vətən müharibəsində mühüm dönüş nöqtəsi oldu və xalqımıza qürur, sevinc bəxş etdi.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Şəhərdə yollar, məktəblər, evlər və sosial obyektlər bərpa olunur. İlk sakinlər doğma yurdlarına qayıdır, azad torpaqda yenidən həyat qururlar.
Qubadlı – xalqımızın igidliyinin, dövlətimizin gücünün və milli birliyimizin rəmzidir. 25 oktyabr bu qəhrəman şəhərin azadlıq günü, qürur və Zəfər günüdür
Xocalı rayon ziyalısı Orxan Məmmədov