Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
**Güclü Azərbaycanın gələcəyə baxışı**

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • **Güclü Azərbaycanın gələcəyə baxışı**



    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışında əldə edilmiş tarixi nailiyyətlərlə yanaşı, ölkənin gələcək inkişafını müəyyən edən vəzifələr də diqqətə çatdırılmışdır. Ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra əsas məqsəd qazanılmış uğurları möhkəmləndirmək, təhlükəsizliyi qorumaq və xalqın rifahını yüksəltməkdir.



    Çıxışda dövlətin gücünün xalqın birliyi, iqtisadi imkanlar və müstəqil siyasi iradə ilə bağlı olduğu vurğulanır. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin davam etdirilməsi Azərbaycanın qarşılaşdığı çətinlikləri aşmasında mühüm rol oynamışdır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti də bu siyasi kursun həyata keçirilməsi və cəmiyyətin ümumi məqsədlər ətrafında birləşməsi ilə sıx əlaqəlidir.



    Dəyişən beynəlxalq şərait müdafiə qabiliyyətinin daim gücləndirilməsini tələb edir. Bununla yanaşı, təhsilli, məlumatlı və vətənpərvər gənc nəslin yetişdirilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Qurultayda ictimai maarifləndirmənin müasir üsullarla aparılması, Azərbaycan həqiqətlərinin və görülən işlərin vətəndaşlara dolğun çatdırılması qarşıya qoyulan vəzifələr sırasında göstərilmişdir.



    İqtisadi potensialın artırılması isə həm təhlükəsizliyin, həm də sosial inkişafın mühüm dayağıdır. İnvestisiyaların cəlbi, enerji layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafı yeni iş yerlərinin yaradılmasına və ölkənin beynəlxalq əhəmiyyətinin yüksəlməsinə xidmət edir. Bu imkanların insanların yaşayış səviyyəsinin yaxşılaşmasına yönəldilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir.



    Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri Azərbaycanın gələcəyə baxışının aydın ifadəsidir. Böyük Qayıdış doğma torpaqlara dönüşlə yanaşı, həmin ərazilərdə davamlı həyatın, təhsilin və iqtisadi fəaliyyətin bərpasını nəzərdə tutur. Qurultayda müəyyənləşdirilən hədəflər milli birliyin qorunmasını və hər bir vətəndaşın ölkənin inkişafına məsuliyyətlə yanaşmasını ön plana çıxarır.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib22 dəfə
    **Güclü Azərbaycanın gələcəyə baxışı**
    Maraqlı gələ bilər
    193
    201
    150
    170
    304
    154