Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı Rayon Polis Şöbəsi Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr – Anım Günü ilə əlaqədar Xocalı Rayon Polis Şöbəsi tərəfindən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi məqsədilə silsilə tədbirlər keçirilib.



    Tədbirlər çərçivəsində Xocalı Şəhidlər Xiyabanı ziyarət olunub. Polis əməkdaşları xiyabanda uyuyan şəhidlərin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub və Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



    Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu, Vətən torpaqlarının müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq bir daha xatırlanıb. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsinin daim uca tutulması, onların ailələrinə diqqət və qayğının göstərilməsi hər birimizin mənəvi borcudur.



    Anım Günü ilə əlaqədar Xocalıda yaşayan şəhid ailələri də ziyarət olunub. Polis əməkdaşları şəhid ailələrinin üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıblar, ailələrə mənəvi dəstək ifadə ediblər.



    Görüşlər zamanı şəhid ailələrinin ölkəmizdə göstərilən diqqət və qayğıdan məmnunluqları ifadə olunub. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir və onların sosial-məişət məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər davam etdirilir.



    Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən bu cür tədbirlər şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin Vətənə, dövlətə və milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması baxımından da mühüm əhəmiyyət daşıyır.



    Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, onların Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağı vurğulanıb.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi4 saat öncə
    İzlənib8 dəfə
    xocalı rayon polis Şöbəsi anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib
    Maraqlı gələ bilər
    190
    163
    31
    224