Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda Dövlət Suverenliyi Günü qeyd olunub

0

  • 19.09.2025-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Günü münasibətilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta ümumtəhsil məktəbində tədbir keçirildi.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon ziyalıları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
    Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon ziyalısı Ramiz Qəhrəmanov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Bəxtiyar Məmmədov Ümummilli lider Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs etdilər. Bildirildi ki, 2023-cü il sentyabrın 19–20-də Qarabağda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən iki il ötür. Dövlətçilik tariximizə yazılmış həmin günlər Azərbaycan xalqının qürur mənbəyi kimi daim xatırlanacaq. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu, sərhədlərimiz bütövləşdi. Bu əməliyyat həm də beynəlxalq hüquq müstəvisində dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib27 dəfə
    rayonumuzda dövlət suverenliyi günü qeyd olunub

    Maraqlı gələ bilər
    115
    102
    47
    103