Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Şərq-Qərb" və "Şimal-Cənub" Dəhlizlərinin Əhəmiyyəti

4/4

  • "Şərq-Qərb" və "Şimal-Cənub" Dəhlizlərinin əhəmiyyəti.
    Azərbaycanın nəqliyyat siyasətində iki əsas beynəlxalq dəhliz xüsusi yer tutur:
    "Şərq-Qərb" dəhlizi Avropanı Asiya ilə birləşdirən mühüm marşrutdur. Azərbaycanın bu dəhlizdə aktiv rolu ölkənin Çin, Mərkəzi Asiya və Avropa arasında nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə səbəb olur. Prezident İlham Əliyev bu infrastrukturun daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın Avropa və Asiya arasında əsas yükdaşıma mərkəzinə çevrilmək potensialına malik olduğunu bildirib.
    "Şimal-Cənub" dəhlizi Rusiya, İran və Hindistan arasında yükdaşımaları həyata keçirən marşrutdur. Azərbaycanın bu dəhlizdə iştirakı ölkənin beynəlxalq ticarət əlaqələrini daha da genişləndirir və iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verir. Prezidentin çıxışında qeyd edildiyi kimi, bu dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün lazımi investisiyalar yatırılır və yeni layihələr həyata keçirilir.
    Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın nəqliyyat və logistika sektorunda inkişaf strategiyasını müəyyən edən mühüm məqamlarla yadda qaldı. Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu ölkənin iqtisadi və siyasi gücünü artıracaq.
    Bu çıxış həm Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına, həm də ölkənin beynəlxalq nəqliyyat sistemində aparıcı mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın strateji coğrafi mövqeyi və aparılan nəqliyyat siyasəti ölkəmizi qlobal ticarət və logistika mərkəzinə çevirmək istiqamətində mühüm addımlardır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib75 dəfə
    "Şərq Qərb" "Şimal Cənub" Dəhlizlərinin Əhəmiyyəti

    Maraqlı gələ bilər
    66
    84
    77
    50