Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşanın azadlığı xalqımızın ən böyük qürur mənbəyidir

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış tarixi gündür. 2020-ci ilin məhz bu günündə qəhrəman Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək xalqımıza unudulmaz sevinc yaşatdı. Uzun illər həsrətində olduğumuz doğma torpaqlarımızın azad olunması hər bir azərbaycanlının qəlbində böyük qürur hissi yaratdı.



    Şuşanın azad edilməsi asan başa gəlmədi. İgid əsgər və zabitlərimiz sıldırım qayaları aşaraq, çətin dağ yollarından keçərək düşmənə qarşı qəhrəmancasına döyüşdülər. Onların göstərdiyi şücaət xalqımızın Vətənə olan sevgisinin və torpaqlarımız uğrunda mübarizə əzminin ən böyük nümunəsidir.



    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Xalqımız bir yumruq kimi birləşərək tarixi ədalətin bərpasına nail oldu.



    Bu gün Şuşada üçrəngli bayrağımızın dalğalanması hər birimiz üçün sonsuz xoşbəxtlikdir. Biz bu qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini daim uca tutur, qazilərimizə minnətdarlığımızı bildiririk. Şuşa bizim qürurumuz, Zəfərimizin rəmzidir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 gün öncə
    İzlənib17 dəfə
    Şuşanın azadlığı xalqımızın ən böyük qürur mənbəyidir
    Maraqlı gələ bilər