Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Uşaqlar və gənclər arasında sağlamlıq mədəniyyətinin artırılması, zərərli vərdişlərin qarşısının alınması mövzusunda növbəti tədbir keçirilmişdir...

0

  • Xocalı rayon İcra Hakimiyyəti, Xocalı rayon Polis şöbəsi və “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2-ci bəndinin icrası məqsədilə 2025-ci il sentyabr ayının 18-də Xocalı rayonunun müxtəlif kateqoriyadan zərərçəkmiş ailələrinin məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində növbəti maarifləndirici tədbir keçirilmişdir.

    Tədbir Xocalı şəhər 4 saylı kənd tam orta məktəbinin akt zalında təşkil olunmuş və görüşdə məktəbin pedaqoji kollektivi, şagirdlər, valideynlər, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.

    Görüş zamanı Strategiyanın 3.3.7.2-ci bəndində nəzərdə tutulan — uşaqlar və gənclər arasında sağlamlıq mədəniyyətinin artırılması, zərərli vərdişlərin qarşısının alınması, erkən nikah, uşaqların təhlükəsizliyi, internet və sosial şəbəkələrin düzgün istifadəsi, eləcə də ailədaxili münaqişələrin qarşısının alınması üzrə maarifləndirmə tədbirlərinin genişləndirilməsi mövzuları diqqət mərkəzində olub.

    Tədbirdə çıxış edənlər:

    Polis əməkdaşları yeniyetmələr arasında hüquq pozuntularının qarşısının alınması, kibertəhlükəsizlik və ictimai təhlükəsizlik qaydaları barədə məlumat veriblər;

    Xocalı Rayon Mərkəzi Xəstəxanasının həkimləri sağlam həyat tərzi, psixoloji sağlamlıq, düzgün gündəlik rejim üçün tövsiyələr təqdim ediblər;

    Xocalı rayon İcra Hakimiyyətinin nümayəndələri Strategiyanın sosial istiqamətləri barədə məlumatları çatdırıblar və maarifləndirici işlərin davamlı xarakter daşıdığını vurğulayıblar.

    Görüş interaktiv şəkildə davam etmiş, şagird və valideynlər mövzular üzrə suallar ünvanlamış, iştirakçılara xüsusi maarifləndirici bukletlər paylanmışdır.

    Sonda bildirilib ki, bu kimi tədbirlər Xocalı rayonunun müxtəlif məktəblərində mərhələli şəkildə davam etdiriləcək.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib16 dəfə
    Uşaqlar gənclər arasında sağlamlıq mədəniyyətinin artırılması zərərli vərdişlərin qarşısının alınması mövzusunda növbəti tədbir keçirilmişdir...

    Maraqlı gələ bilər
    91