Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı Rayon Mərkəzi Xəstəxanası “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirib

5/5

  • Dekabrın 25-də Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədovun rəhbərliyi ilə “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib.

    Müşavirədə Xocalı Rayon Mərkəzi Xəstəxanası direktoru Aqil Məmmədov, Xocal RMX-nın tabeliyində olan ASM müdirləri, həkim və tibb, ümumi xəstəxana kollektivi iştirak ediblər.

    İlk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Aqil Məmmədov müşavirə iştirakçılarına 2023-cü il ərzində görülən işlərdən söz açıb.  Ümumilikdə görüləcək işlərin çox olduğunu diqqətə çatdırıb:

    “Növbəti ildə qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər biriniz ilk növbədə xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqəti daha da artırmalısınız. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılmalıdır. Bu gün qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza töhfə verəcəkdir”.

    Daha sonra çıxış edən Ümumi şöbə müdiri Nuriyyə Hüseynova, baş mühasib Şəfaqət Əhmədova, ASM bölmə müdirləri görülmüş işlər və qarşıda duran məsələlər barədə vəlumat verilib.

    Sonda Aqil Məmmədov Dünya Azərbaycanlıların Həmrəyliyi və Yeni İl münasibəti ilə  kollektivi təbrik edib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib175 dəfə
    xocalı rayon mərkəzi xəstəxanası “2023 ilin yekunlarına qarşıda duran məsələlərə dair” müşavirə keçirib

    Maraqlı gələ bilər
    0