Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunda fermerlər üçün subsidiya sistemi ilə bağlı maarifləndirici tədbir keçirilib

0

  • Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, kənd təsərrüfatı sahəsində dövlət dəstəyi mexanizmlərinin daha əlçatan və səmərəli tətbiqinin təmin edilməsi məqsədilə Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici tədbir təşkil olunmuşdur.



    Tədbirdə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, aidiyyəti qurumların əməkdaşları və fermerlər iştirak etmişlər.



    Çıxış edənlər qeyd etmişlər ki, fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sistemi vasitəsilə düzgün və vaxtında daxil edilməsi kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, yerli nümayəndəliklərin üzərinə düşən əsas vəzifələrdən biri fermerlərə texniki dəstək göstərmək, onların müraciətlərinin sistemə daxil edilməsində köməklik etmək və bu sahədə geniş maarifləndirmə işləri aparmaqdır.



    Tədbir çərçivəsində iştirakçılara “Subsidiya” informasiya sistemindən istifadə qaydaları ətraflı izah olunmuş, praktiki nümunələr əsasında müraciətlərin düzgün formalaşdırılması prosesi nümayiş etdirilmişdir. Eyni zamanda, fermerləri maraqlandıran suallar cavablandırılmış, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları müzakirə edilmişdir.



    Sonda qeyd olunmuşdur ki, bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsi fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanmasına və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcəkdir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi12 saat öncə
    İzlənib6 dəfə
    Xocalı rayonunda fermerlər üçün subsidiya sistemi ilə bağlı maarifləndirici tədbir keçirilib
    Maraqlı gələ bilər
    264
    183
    186
    212