Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunun ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə istiqamətində keçirilmiş tədbirlər

0

  • 2025-ci il ərzində Xocalı rayonunun ümumtəhsil müəssisələrində “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlər və valideynlər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların törətdiyi fəsadlar barədə məlumatlılığın artırılması, gənclərin sağlam həyat tərzinə təşviq olunması olmuşdur.

    Keçirilmiş tədbirlərdə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, pedaqoji kollektivlər, IX–XI sinif şagirdləri və valideynlər iştirak etmişdir.

    Tədbirlər zamanı çıxış edən natiqlər narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, ailə institutuna və cəmiyyətə vurduğu ciddi zərərlərdən bəhs etmiş, narkomaniyanın ağır sosial nəticələrini diqqətə çatdırmışlar. Eyni zamanda ölkəmizdə narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən dövlət siyasəti, qəbul edilmiş proqramlar və icra olunan tədbirlər barədə ətraflı məlumat verilmişdir.

    Maarifləndirici tədbirlər çərçivəsində şagirdlər arasında sağlam həyat tərzinin təbliği məqsədilə müzakirələr aparılmış, sual-cavab sessiyaları təşkil edilmiş, narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Həyat naminə” adlı qısametrajlı film nümayiş etdirilmişdir.

    Keçirilmiş tədbirlər şagirdlərin zərərli vərdişlərdən uzaq tutulması, düzgün dünyagörüşünün formalaşdırılması və cəmiyyətdə narkomaniyaya qarşı mənfi münasibətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib12 dəfə
    Xocalı rayonunun ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə istiqamətində keçirilmiş tədbirlər

    Maraqlı gələ bilər
    181