Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıda atletika üzrə rayon birinciliyi keçirildi

0

  • 14 oktyabr 2025-ci il – Konstitusiya və Suverenlik İli çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında atletika idman növü üzrə rayon birinciliyi keçirilib.

    Tədbirin əsas məqsədi məktəblilərin fiziki inkişafına, sağlam həyat tərzinin təbliğinə, həmçinin gənc nəslin vətənpərvərlik və milli həmrəylik ruhunda tərbiyəsinə xidmət etmək olub. Atletika yarışları şagirdlər arasında böyük maraqla qarşılanıb və gərgin, eyni zamanda dostluq və idman ruhunda keçib.

    Yarışın nəticələrinə əsasən, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Xocalı şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Xocalı şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

    Qalib komandalar diplom və fəxri fərmanlarla təltif olunublar. Tədbir iştirakçılarına Konstitusiya və Suverenlik İlində idmanın və gənclərin sağlam inkişafının dövlət siyasətində mühüm yer tutduğu, bu istiqamətdə məktəblərdə müxtəlif yarışların və layihələrin həyata keçirildiyi barədə məlumat verilib.

    Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri çıxışlarında qeyd ediblər ki, belə tədbirlər şagirdlərin fiziki hazırlığını gücləndirməklə yanaşı, onlarda vətənpərvərlik, birlik və rəqabət mədəniyyətini formalaşdırır. Həmçinin vurğulanıb ki, gənc nəslin sağlam böyüməsi, ölkəmizin sabahı və Konstitusiyada təsbit olunmuş milli dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Sonda qaliblər və iştirakçılar birgə xatirə şəkilləri çəkdiriblər. Atletika üzrə rayon birinciliyi Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq gənclərin idmana marağının artırılmasına mühüm töhfə verib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib17 dəfə
    Xocalıda atletika üzrə rayon birinciliyi keçirildi

    Maraqlı gələ bilər
    104