0
Məktəbin direktoru Cəmilə Əhmədova, direktor müavini Aydın Əliyev, məktəbin psixoloqu və müəllimləri şəhid anası Afinə Hümbətovanın evinə gedərək onunla görüşüblər.
Görüş zamanı şəhidlərin əziz xatirəsi yad edilib, Vətən uğrunda canından keçən qəhrəmanların həyat və döyüş yolu barədə söhbət aparılıb. Şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, şəhid anası Afinə Hümbətovanın oğlu Hümbətov Araz Rəsul oğlu 1980-ci il yanvarın 15-də Xocalı rayonunun Kosalar kəndində anadan olub.
Doğma yurdundan didərgin düşən Araz Hümbətov 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət illərində intizamı, məsuliyyəti və Vətənə bağlılığı ilə seçilən Araz öz xidməti vəzifələrini layiqincə yerinə yetirib.
2000-ci il aprelin 8-də – ordudan tərxis olunmasına cəmi 8 gün qalmış Araz Hümbətov Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhid olub.
Araz Hümbətov Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
Ziyarət zamanı şəhid anası Afinə Hümbətovanın xatirələri dinlənilib, Araz Hümbətovun Vətən qarşısındakı xidmətləri və şəhidlik yolu ehtiramla yad olunub.
Məktəb kollektivi şəhid ailəsinə dərin ehtiramını ifadə edərək, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən müharibəsində şəhid olan qəhrəman övladlarının əziz xatirəsinə göstərdiyi dərin ehtiramın ifadəsidir. Şəhidlərin həyat yolu, qəhrəmanlığı və Vətən sevgisi daim yaddaşlarda yaşayacaq.
| Bölmə | Cəmiyyət |
| Kateqoriya | Cəmiyyət |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 2 saat öncə |
| İzlənib | 4 dəfə |