Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
28 May - Müstəqillik Günü .

0

  • Azərbaycanın müasir tarixində mühüm əhəmiyyətə malik olan 28 May – Müstəqillik Günü, xalqımızın azadlıq və suverenlik uğrunda mübarizəsinin simvoludur. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu və bununla da müsəlman Şərqində ilk demokratik respublika quruldu. Cəmi 23 ay mövcud olsa da, bu dövr Azərbaycan dövlətçiliyi üçün böyük siyasi və hüquqi əsaslar yaratdı.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə demokratik idarəetmə prinsipləri tətbiq olundu, parlament formalaşdı, bərabər hüquqlar təsbit edildi, qadınlara seçki hüququ verildi, milli ordu yaradıldı və təhsil sahəsində mühüm islahatlar həyata keçirildi. Bu islahatlar Azərbaycanın müstəqil və dünyəvi dövlət kimi formalaşmasında həlledici rol oynadı.

    1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqillik müvəqqəti itirilsə də, xalqın azadlıq arzusu heç vaxt sönmədi. Nəhayət, 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və 28 May tarixi yenidən xalqın qürur və fəxarət günü kimi qeyd olunmağa başladı.

    Bu gün Azərbaycanın hər yerində Müstəqillik Günü münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizin bu şanlı səhifəsi yad edilir, xalqımızın azadlıq və suverenlik uğrunda göstərdiyi fədakarlıqlar anılır. Azərbaycanın müstəqilliyi yalnız siyasi deyil, həm də milli kimliyimizin, mədəniyyətimizin və dəyərlərimizin qorunması və inkişafı deməkdir.

    28 May xalqımızın tarixə qızıl hərflərlə yazılmış qələbə səhifəsidir. Bu gün bizə azad və müstəqil vətəndə yaşamaq imkanı verən bütün fədakar insanlara borcluyuq. Müstəqil Azərbaycan dövlətinin əbədiliyi və güclənməsi hər bir vətəndaşın həm borcu, həm də şərəf işidir.
    Xocalı rayon ziyalısı Rafiq Quliyev.




    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib18 dəfə
    28 May Müstəqillik Günü .

    Maraqlı gələ bilər
    98
    18
    213