Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
44 günlük Vətən müharibəsi və Qubadlının azad edilməsi.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 44 günlük Vətən müharibəsi və Qubadlının azad edilməsi.



    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirərək işğal altında olan torpaqların azad edilməsinə nail oldu.



    Qubadlı şəhərinin azad edilməsi xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhərin ətrafındakı strateji yüksəkliklərdə düşmənin müdafiə mövqeləri qurulmuşdu. Mürəkkəb relyef və yüksəkliklərin hərbi baxımdan əhəmiyyəti əməliyyatın gedişinə ciddi təsir göstərirdi.



    Azərbaycan Ordusu əvvəlcə şəhərə hakim yüksəkliklərə və ətraf yaşayış məntəqələrinə nəzarəti təmin etdi. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində əldə olunan uğurlar Qubadlı şəhərinin azad olunması üçün mühüm şərait yaratdı.



    Nəticədə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Azərbaycan hərbçilərinin qəhrəmanlığı, döyüş hazırlığı və yüksək peşəkarlığı sayəsində əldə edilən bu qələbə müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Noyabrın 9-dək davam edən əməliyyatlar çərçivəsində rayonun digər yaşayış məntəqələri də azad edildi.



    Qubadlının azadlığı Azərbaycan əsgərinin Vətən sevgisinin, xalqın birliyinin və dövlətin qətiyyətinin təcəssümünə çevrildi.



    Xocalı rayon ziyalısı Zülfü Quliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib25 dəfə
    44 günlük Vətən müharibəsi və Qubadlının azad edilməsi.
    Maraqlı gələ bilər
    250