Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan–Slovakiya əlaqələrində əməkdaşlığın yeni mərhələsi və strateji tərəfdaşlığın dərinləşməsi

0



  • Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya etdiyi rəsmi səfər və səfər çərçivəsində verdiyi mətbuat bəyanatı iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə daxil olduğunu açıq şəkildə göstərdi. Dövlət başçısının çıxışı Azərbaycan ilə Slovakiya arasında mövcud əməkdaşlığın artıq təkcə ayrı-ayrı sahələrlə məhdudlaşmadığını, qarşılıqlı maraqlara əsaslanan davamlı tərəfdaşlıq modelinə çevrildiyini nümayiş etdirdi. Bu münasibətlər siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq istiqamətlərində ardıcıl şəkildə genişlənir.

    Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Slovakiya arasında əlaqələr qarşılıqlı hörmət, etimad və səmimi dostluq mühitində inkişaf edir. Tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə hörmət prinsiplərinə sadiqdirlər. Bu yanaşma iki ölkə arasında illər ərzində formalaşmış münasibətlərin möhkəm siyasi əsas üzərində qurulduğunu göstərir. Dövlət başçısının sözlərinə görə, mövcud qarşılıqlı anlaşma gələcək əməkdaşlıq üçün geniş perspektivlər yaradır.

    Enerji sahəsi bəyanatda əsas müzakirə mövzularından biri kimi ön plana çıxdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa üçün etibarlı enerji mənbəyi kimi tanınır və qaz təchizatı sahəsində mühüm rol oynayır. Yeni yataqların istismara verilməsi ilə ölkənin enerji potensialının daha da artacağı, bunun isə ixrac imkanlarını genişləndirəcəyi qeyd olundu. Slovakiya ilə enerji əməkdaşlığının genişlənməsi təkcə iqtisadi tərəfdən deyil, eyni zamanda regionun enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıyır.

    Dövlət başçısı çıxışında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə də toxundu. Qeyri-neft sektorunun inkişafı, sənaye sahəsində yaradılan yeni imkanlar, müasir logistika və nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın investisiya cəlbediciliyini xeyli artırıb. Bu imkanlar Slovakiya biznes dairələri üçün də yeni əməkdaşlıq perspektivləri açır. Prezident İlham Əliyev birgə istehsal layihələrinin, sənaye əməkdaşlığının və investisiya təşəbbüslərinin qarşılıqlı fayda əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

    Bəyanatda yüksək səviyyəli siyasi əlaqələrin davamlılığı məsələsinə də xüsusi diqqət yetirildi. Prezident İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsi qarşılıqlı münasibətlərin daha da intensiv xarakter alacağından xəbər verir. Qarşılıqlı səfərlər yalnız siyasi əlaqələrin deyil, eyni zamanda iqtisadi, elmi və mədəni əlaqələrin də genişlənməsinə təkan verir. Bu proses xalqlar arasında qarşılıqlı etimadın və əməkdaşlıq ruhunun möhkəmlənməsinə xidmət edir.

    Prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində balanslı və müstəqil xarici siyasət kursu həyata keçirir. Ölkəmiz tərəfdaş dövlətlərlə münasibətlərini qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modeli üzərində qurur. Slovakiyaya səfər və səfər zamanı verilən bəyanat da iki ölkə arasında əlaqələrin gələcəkdə daha genişmiqyaslı layihələrlə zənginləşəcəyinə və strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə inam yaradır.

    Xocalı rayon ziyalısı Afərim Lətifli
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan–Slovakiya əlaqələrində əməkdaşlığın yeni mərhələsi strateji tərəfdaşlığın dərinləşməsi

    Maraqlı gələ bilər
    114