0
Azərbaycan xalqının ən böyük mənəvi sərvətlərindən biri onun birlik və həmrəyliyidir. Bu birliyin ən gözəl rəmzi isə üçrəngli Dövlət Bayrağımızdır. Harada yaşamağımızdan asılı olmayaraq, bu bayraq bizi bir Vətənin övladları kimi birləşdirir.
Azərbaycan bayrağı altında xalqımız tarix boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb. Bu gün isə həmin bayraq müstəqil və suveren dövlətimizin bütün ərazilərində qürurla dalğalanır.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın üçrəngli bayrağımız ətrafında necə sıx birləşdiyinin şahidi olduq. Ön cəbhədə qəhrəman əsgərlərimiz, arxa cəbhədə isə vətəndaşlarımız eyni məqsəd uğrunda çalışırdılar. Hamımızın arzusu torpaqlarımızın azad olunması və bayrağımızın doğma yurdlarımızda ucalması idi.
Bu gün dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlar, idmançılarımızın qələbələri zamanı bayrağımızın yüksəldilməsi də hər birimizə böyük sevinc yaşadır. Çünki bayrağımızın ucaldığı hər yer Azərbaycanın adının və nüfuzunun yüksəldiyi yerdir.
Biz bu birliyi daim qorumalı, Vətənimizin inkişafı üçün çalışmalı və üçrəngli bayrağımızı gələcək nəsillərə qürurla əmanət etməliyik.
Qoy üçrəngli Dövlət Bayrağımız müstəqil Azərbaycanın səmasında əbədi dalğalansın!
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 2 dəfə |