Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı

0

  • Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.

    Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı Xocalı rayon İcra Hakimiyyəti silsilə tədbirlər keçirilib. Faciənin ildönümü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə və müəssisələrin rəhbərləri, həmçinin rayon sakinləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

    Mərasim iştirakçıları abidəni ziyarət edərək, önünə gül dəstələri düzüblər.
    Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib37 dəfə
    Əsrin unudulmayacaq faciəsi xocalı soyqırımı
    Maraqlı gələ bilər
    168
    189