Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4-cü bəndinin icrasına uyğun olaraq rayonda sağlam həyat tərzi və gender bərabərliyinin təşviqi istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə 5 yanvar 2026-cı il tarixdə rayon ərazisində yeni monitorinq və qiymətləndirmə tədbiri həyata keçirilmişdir. Tədbirin əsas məqsədi əhalinin müxtəlif yaş kateqoriyaları, sosial-iqtisadi vəziyyəti və gender amilləri nəzərə alınmaqla sağlam həyat tərzi, davranış risk amilləri, eləcə də gender bərabərliyi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi olmuşdur.
Monitorinq zamanı rayon sakinləri arasında sorğular keçirilmiş, əldə olunan məlumatlar əsasında sağlam həyat tərzinə təsir edən əsas risk faktorları, maarifləndirmə səviyyəsi və gender bərabərliyi ilə bağlı yanaşmalar təhlil edilmişdir. Sorğuların nəticələri gələcəkdə bu sahədə daha məqsədyönlü və effektiv tədbirlərin planlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Keçirilən tədbir əhalinin sağlam həyat tərzi və gender bərabərliyi mövzusunda məlumatlılığının artırılmasına, eyni zamanda dövlət proqram və strategiyalarının icrasının monitorinqinə töhfə vermişdir. Bu istiqamətdə maarifləndirici və qiymətləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.