0
Tədbirin əsas məqsədi Xocalı rayonunda vətəndaşların dövlət idarəçiliyində iştirakını gücləndirmək, ictimai şuraların fəaliyyətini daha məqsədyönlü və nəticəyönümlü etmək, həmçinin korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasına töhfə vermək idi.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, yerli ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatları və sakinlər iştirak etmişdir. Sessiyalar zamanı ictimai şuraların iş mexanizmləri, onların qərarqəbuletmə prosesində rolu və vətəndaşların rəyinin necə nəzərə alınması mövzularında geniş müzakirələr aparılmışdır.
Xüsusilə aşağıdakı məsələlər müzakirə olunmuşdur:
Tədbirin yekununda ictimai iştirakçılığın genişləndirilməsi və ictimai şuraların səmərəliliyinin artırılması istiqamətində konkret tövsiyələr hazırlanmış, gələcək fəaliyyət planları müəyyən edilmişdir. İştirakçılar qeyd etmişlər ki, belə təşəbbüslər həm vətəndaş etimadını artırır, həm də korrupsiyanın qarşısının alınmasına mühüm təsir göstərir.
Xocalı rayonunda həyata keçirilən bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 3199 №li Sərəncamının müddəalarına uyğun olaraq, dövlət idarəçiliyində şəffaflığın və ictimai iştirakçılığın güclənməsinə xidmət edəcəkdir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 4 dəfə |