Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar.
xocalininsesi.az xəbər verir ki, bunu Xocalı sakini Nurlan Həsənov deyib.
O, digər həmyerliləri kimi, doğma yurda qayıdışın sevincini yaşadığını vurğulayıb:
"İşğal dövründə yaşayış yerimizi bir neçə dəfə dəyişməli olsaq da, yekunda Gəncə şəhərində məskunlaşdıq. Doğma kəndimizə də Gəncədən köçürük. Bütün həmyerlilərim kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Mənbə: https://news.milli.az/country/1257804.html