Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI: UNUDULMAZ FƏRYAD

0

  • Xocalı faciəsi Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış ən dəhşətli soyqırımlardan biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc insanlara misli görünməmiş qəddarlıqla divan tutdular. Bu vəhşilik nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürüldü.
    Xocalı sakini olan dinc əhali şəhəri tərk edərək, yaxınlıqdakı meşələrə və dağlara üz tutmağa məcbur oldu. Ancaq erməni silahlıları onları pusquya salaraq amansız qırğın törətdi. Rəsmi məlumatlara görə, 613 nəfər bu soyqırımın qurbanı oldu ki, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insanlar idi. Bütöv ailələr məhv edildi, yüzlərlə insan itkin düşdü və əsir götürüldü.
    Xocalı təkcə bir şəhərin faciəsi deyil, bu, insanlıq əleyhinə törədilmiş ağır bir cinayətdir. Bu hadisə dünya ictimaiyyətinə bir daha göstərdi ki, terror və vəhşilik heç bir millətin faciəsi kimi qalmamalı, beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır. Azərbaycan xalqı illərdir ki, bu ədalətsizliyə qarşı mübarizə aparır və Xocalıya ədalət tələb edir.
    Hər il fevralın 26-sı Azərbaycan xalqı bu faciəni dərin hüznlə yad edir, Xocalı şəhidlərinin xatirəsini anır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu hadisənin dünya ictimaiyyəti tərəfindən tanınması üçün mühüm rol oynayır. Xocalı faciəsi unutqanlığa məhkum edilə bilməz. Bu qətliamı törədənlər tarix və hüquq qarşısında cavab verməlidir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi zəfərlər Xocalı şəhidlərinin qanının yerdə qalmadığını bir daha sübut edir.
    Xocalı – tarixin silinməz yarasıdır. Biz bu ağrını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq!
    Xocalı rayon gənci Ziya Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib52 dəfə
    XOCALI: UNUDULMAZ FƏRYAD

    Maraqlı gələ bilər
    68
    108