Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıda sağlam qidalanma və qida təhlükəsizliyi mövzusunda maarifləndirici görüş keçirilib

5/5

  • Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin icrası ilə bağlı olaraq 2025-ci il 18 sentyabr tarixində Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi məqsədilə xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində əhali arasında maarifləndirici görüş keçirilib.

    Maarifləndirməni Xocalı Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev və həmin şöbənin baş məsləhətçisi Eldar Məmmədov həyata keçiriblər.

    Tədbirin əsas məqsədi qida təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsi, sağlam qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin bu prosesdə vətəndaşların fəal iştirakını təmin edən ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi olub.

    Görüş zamanı iştirakçılara qida təhlükəsizliyi, sağlam qidalanmanın əhəmiyyəti, konservləşdirilmiş məhsulların düzgün saxlanılması və istifadəsi, eləcə də qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, simvol və işarələrin mənaları barədə geniş məlumat verilib.

    Bundan əlavə, bakteriya mənşəli qida zəhərlənmələrinin qarşısının alınması, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməməsi üçün gündəlik gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib26 dəfə
    Xocalıda sağlam qidalanma qida təhlükəsizliyi mövzusunda maarifləndirici görüş keçirilib

    Maraqlı gələ bilər
    507