Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar Zəfər Gününü böyük coşqu və qürur hissi ilə qeyd edirlər

0

  • 8 Noyabr – Zəfər Gününün 5 illiyi ölkəmizin bütün bölgələrində olduğu kimi, xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də böyük coşqu və qürur hissi ilə qeyd olunur. Bu gün Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin, Şuşanın azad edilməsinin və 30 illik işğala son qoyulmasının rəmzidir.

    Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Xocalı rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qəsəbə sakinləri iştirak ediblər.

    Tədbir iştirakçıları ilk olaraq Azərbaycan dövlətçiliyinin xilaskarı və müasir inkişaf yolunun banisi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

    Daha sonra “Zəfər salnaməsi” adlı film nümayiş olunub.

    Çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər öz doğma yurdlarına qovuşublar. Diqqətə çatdırılıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı Bayrağımız dalğalanır, Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir.

    Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Xocalı rayon mədəniyyət işçilərinin və məktəblilərin çıxışları izlənilib. Vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib. Konsert proqramı tədbir iştirakçılarında əsl Zəfər Bayramı əhvali-ruhiyyəsi yaradıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib287 dəfə
    xocalılar zəfər gününü böyük coşqu qürur hissi ilə qeyd edirlər

    Maraqlı gələ bilər
    108
    143
    120