Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yerin təkindən istifadə və onun mühafizəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

0

  • Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 6.2-ci bəndinin icrası ilə əlaqədar yerin təkindən istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi və yerin təkinin mühafizəsi ilə bağlı maarifləndirici tədbir keçirilib.



    Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, aidiyyəti qurumların nümayəndələri, bələdiyyə nümayəndələri, sahibkarlar və digər maraqlı şəxslər iştirak ediblər.



    Tədbirin əsas məqsədi yerin təkindən istifadə sahəsində qanunvericiliyin tələbləri barədə iştirakçıların məlumatlandırılması, faydalı qazıntıların qanunsuz hasilatının qarşısının alınması, yerin təkindən səmərəli və məqsədyönlü istifadənin təşviq edilməsi, habelə ətraf mühitin mühafizəsi ilə bağlı məsuliyyətin artırılması olub.



    Çıxışlar zamanı yerin təkindən istifadə ilə bağlı mövcud qanunvericilik tələbləri, faydalı qazıntıların hasilatı zamanı müvafiq icazələrin alınmasının əhəmiyyəti və qanunvericiliyin tələblərinə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.



    Bildirilib ki, yerin təkindən qanunsuz istifadə və faydalı qazıntıların icazəsiz hasilatı ətraf mühitə, torpaq sahələrinə, infrastruktur obyektlərinə və digər ərazilərə mənfi təsir göstərə bilər. Bu səbəbdən yerin təkindən istifadə zamanı müəyyən edilmiş hüquqi və ekoloji tələblərə riayət olunması vacibdir.



    Tədbirdə, həmçinin yerin təkindən qanunvericiliyin tələblərini pozmaqla istifadə hallarının müəyyən edilməsi, belə halların qarşısının alınması və aşkar edilmiş pozuntular barədə aidiyyəti dövlət qurumlarının məlumatlandırılması məsələləri diqqətə çatdırılıb.



    İştirakçıların sualları cavablandırılıb, yerin təkindən istifadə, onun mühafizəsi və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



    Tədbirin sonunda yerin təkindən istifadə sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi, qanunsuz hasilat hallarının qarşısının alınması və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.



    Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Fərmanının 6.2-ci bəndindən irəli gələn vəzifələrin icrası məqsədilə təşkil olunub.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi19 saat öncə
    İzlənib3 dəfə
    Yerin təkindən istifadə onun mühafizəsi ilə bağlı maarifləndirici tədbir keçirilib
    Maraqlı gələ bilər