Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
2 Fevral – Müstəqil Azərbaycanın güclü gənclik fəlsəfəsi

0


  • 2 Fevral – Azərbaycan Gəncləri Günü müasir dövlətçilik tariximizin mühüm ideoloji dayaqlarından birini əks etdirir. Bu gün gənclərə ünvanlanan bir bayram olmaqla yanaşı, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasının insan kapitalına söykəndiyini nümayiş etdirir. Azərbaycan gənclərinin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. 1997-ci ildə imzalanan Sərəncamla Azərbaycan Gəncləri Gününün təsis edilməsi gənclərə verilən dəyərin hüquqi və siyasi təsdiqi oldu.
    Heydər Əliyevin gənclər siyasətinin əsas mahiyyəti gənclərə sadəcə qayğı göstərmək deyil, onları dövlət quruculuğunun fəal iştirakçısına çevirmək idi. Ulu Öndər gənclərin bilikli, savadlı, milli-mənəvi dəyərlərə sadiq və müstəqil düşüncəli olmasını əsas şərt kimi irəli sürürdü. Onun təşəbbüsü ilə gənclər siyasəti ayrıca bir dövlət istiqaməti kimi formalaşdı, bu sahədə normativ-hüquqi baza yaradıldı. Gənclər və İdman Nazirliyinin fəaliyyəti, respublika və beynəlxalq gənclər forumları, istedadlı gənclərin dəstəklənməsi, təhsil və elm sahəsində atılan addımlar gənclərin potensialının üzə çıxarılmasına xidmət etdi.
    Bu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və innovasiya kimi proseslər gənclər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Dövlət bu çağırışları nəzərə alaraq gənclərin bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir. Gənclərin sosial müdafiəsi, məşğulluğu, startap və sahibkarlıq fəaliyyətinin təşviqi, könüllülük hərəkatının inkişafı bu siyasətin əsas istiqamətlərindəndir. “ASAN könüllüləri”, “DOST könüllüləri” kimi təşəbbüslər gənclərin ictimai fəallığının artmasına mühüm töhfə verir.
    Prezident İlham Əliyevin gənclərə olan etimadı onların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və beynəlxalq platformalarda fəal iştirakı ilə öz təsdiqini tapır. Gənclərin idman arenalarında qazandığı qələbələr, elm və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər Azərbaycanın adını dünyada ucaldır. Xüsusilə 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və milli birlik nümunəsi sübut etdi ki, Azərbaycan gəncliyi yalnız bilik və bacarıqla deyil, yüksək vətənpərvərlik ruhu ilə də seçilir.
    Bu gün Azərbaycan gəncliyi müstəqil dövlətin yaratdığı imkanlardan bəhrələnərək özünü reallaşdırır, eyni zamanda ölkənin inkişafına töhfə verir. Onlar həm milli kimliyinə bağlı, həm də qlobal düşüncəyə malik bir nəsil kimi formalaşır. 2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu nəsli təcəssüm etdirən bir tarixdir. Bu gün bir daha göstərir ki, güclü dövlət güclü gəncliklə mümkündür və Azərbaycanın sabahı məhz bu inamlı, savadlı və vətənpərvər gəncliyin əlindədir.
    Xocalı rayon ziyalısı Ziya Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib10 dəfə
    2 Fevral Müstəqil Azərbaycanın güclü gənclik fəlsəfəsi

    Maraqlı gələ bilər
    126
    259
    101
    112
    24