Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər

0

  • Bu il ali məktəblərə qəbul prosesində plan yerləri ilə bağlı bir sıra dəyişikliklərin olacağı gözlənilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb.
    "I ixtisas qrupu üzrə 455, II qrup üzrə 385, III qrup üzrə 124, IV qrup üzrə 114, V qrup üzrə isə 231 nəfər plan yeri artırılıb. Mülki ali məktəblərə 60 489 nəfər qəbul edəcəyik. Bu, keçənilki plan yerlərindən 1300 yer və ya 2 faiz çoxdur. Dövlət sifarişli yerlərin sayı 568 yer artıb. Bu il kolleclərə 15874 nəfər qəbul edəcəyik. Amma 9 illikdə verilən yerlərin sayı 25 faiz azalıb. Bu il 8144 nəfər qəbul olunacaq", - o, qeyd edib
    Onun sözlərinə görə, qərar daha çox tələbənin universitet təhsili almağa şans əldə etməsinə imkan yaradacaq.
    Bəs bu artım keçid ballarında hər hansı bir dəyişiklik yaradacaqmı?
    Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.
    O, qeyd edib ki, təhsillərini Azərbaycanda davam etdirmək istəyən daha çox gəncə üniversitet təhsili alma şansı verəcək.
    Ətraflı
    "Bu ildən etibarən ali təhsil müəssisələrinə qəbul yerlərinin artırılması planlaşdırılıb. Təəssüf ki, bu il də keçirilən qəbul imtahanlarında bir neçə səhvlər oldu. Bu, həm tarix fənni üzrə keçirilən blok imtahanları, həm də riyaziyyat fənni ilə bağlı imtahanlarda özünü göstərdi.

    Mənbə: https://news.milli.az/country/1281672.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaMaraqlı
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi1 həft. öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    72
    117
    119
    91