Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ağacəkmə aksiyası keçirilib

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr – Anım Günü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib.



    Aksiya Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatın təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təşkil edilib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin nümayəndələri, həmçinin rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.



    Aksiya zamanı ərazidə ümumilikdə həmişəyaşıl ağaclar əkilib. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq edilib.



    Ərazidə yaşıllaşdırma və abadlıq işlərinin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi1 saat öncə
    İzlənib3 dəfə
    Ağacəkmə aksiyası keçirilib
    Maraqlı gələ bilər